Gömrük orqanları əməkdaşlarının geyim norması artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları”nda dəyişiklik edib.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, gömrük orqanlarının bütün şəxsi heyətinə 2 il müddətinə bir dəst açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qısaqol yay köynəyi və şalvar da veriləcək.

Eyni zamanda indiyə qədər gömrük orqanlarının bütün şəxsi heyətinə 1 illiyə verilən 2 ədəd tünd-göy rəngli maykanın əvəzinə 1 illiyinə 2 ədəd açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş mayka (qış üçün qalın, yay üçün nazik) veriləcək.

Teqlər: