Hər halda bir çox sahibkarların və iş adamlarının sevmədiyi bir yer varsa, o da hər halda “gömrük idarələri, şöbələri, məntəqələri” və s.-dir.
Beləki, onları anlamaq da çətin deyil. Bu barədə ətraflı yazaraq, çox korrupsiya işlərini ortaya çıxarda bilərik. Lakin 6 il bundan qabaq baş verən qanun pozuntusunu, “Gömrük idarə məmurlarının” məharətlərindən söz açan, hüquqları pozulan vətəndaşın danışıq video-görüntüsünü sizlərə təqdim edirik.
(Qeyd: Onu da qeyd edək ki, adı çəkilən məmur – Elçin Şirinov hal-hazırda Bakı Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsində çalışır.)
Bu məsələləri gündəmə gətirmə səbəbimiz – hazırda elə bizim də qanun pozuntusu ilə rastlaşmağımızdır və iyrənc korrupsiya bataqlığına batan məmurların gözlərini açmalarını və özünə xidmət etdiyinin 1% faizi qədər də – ona maaşına görə vergi ödəyən xalqına və ona maaş verən dövlətinə xidmət etmələrini bildirməyimizdir. (Rüşvəti ataq bir kənara)
(Bir Baş Redaktor olaraq sabah bizim də cibimizə narkotik maddə atılarsa, heç təəccüblənməyin. Lakin, nə qədər ki, Azərbaycan Respublikasının suverenliyi və Qanuniyyəti var – bu bəzilərində alınmayacaq.)
Sonda, bir dahi şəxsiyyətimizin iki misrasıyla bəzilərinin hisslərini oyatmaq niyyətindəyəm:
“Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”