Gömrük Komitəsinə səslənirəm: Bir insan ildə iki dəfə…

Gömrük Komitəsinə səslənirəm: Bir insan ildə iki dəfə…

Reseptlərlə bağlı çoxsaylı müraciətlər alırıq. Bəzi vətəndaşlar bu dərmanları ala bilmir. Bu çox həssas məsələdir.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, qanun layihəsini dəstəkləyəcək, çünki dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsinə xidmət edən sənədə ehtiyac vardır:

“Bunun yanında idxal prossesinin də sadələşdirilməsinə ciddi ehtiyac var. Burada əsas məsələ inhisarçılığa son qoyulmasıdır. Əgər inhisarçılığa son qoyularsa, bu sahədə rəqabət yaranarsa, o zaman dərmanların keyfiyyət və qiymətinə də öz təsirini göstərəcək. Bəzi dərmanlar var ki, onların qiymətində çox fərq var. Səfərə gedəndə dost-tanışlar xahiş edir ki, dərmanı oradan alaq. Çünki qiymətlərində ciddi fərq var.

Mən Dövlət Gömrük Komitəsinə səslənirəm. Hamının pasportunda var: əgər bir insan ildə bir və ya iki dəfə xaricə çıxırsa, demək, o, dərman alveri ilə məşğul olan insan deyil. Bu insanlar öz ailəsi üçün dərmanlar gətirirsə, onlara toxunmaq olmaz”.

Teqlər: