Gömrük Komitəsində daha bir həbs – bu dəfə polkovnik…

Gömrük Komitəsində daha bir həbs – bu dəfə polkovnik…

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi həbs olunub.

AzerTimes xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.

Bildirilib ki, gömrük xidməti polkovniki Sultan Sultanov bu gün səhər saatlarında xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, Sultan Sultanov Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, general Məsum Rəsulovun köməkçisidir.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Məsum Rəsulov da daxil olmaqla, Dövlət Gömrük Komitəsindəki son əməliyyatlarla bağlı açıqlama yayıb.

Teqlər: