“Gömrük İNKİŞAF modeli”nin videotəqdimatı

“Gömrük İNKİŞAF modeli”nin videotəqdimatı

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində noyabrın 20-də Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən “Gömrük-Biznes Forumu 2023” də “Gömrük İNKİŞAF modeli”nin videotəqdimatı olub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AzerTimes-a verilən məlumata görə, “Gömrük İNKİŞAF modeli” gömrük xidmətinin gələcək fəaliyyət konsepsiyasıdır.

“Gömrük İNKİŞAF modeli”nin məqsədi bütün səylərin ortaq strategiyası olmaqla düzgün İstiqamətdə hərəkət edib, Novator olaraq, Keyfiyyətə diqqət yetirərək, İşgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün Şəffaf, Asan və Faydalı gömrük həlləri ərsəyə gətirməkdən ibarətdir. “Gömrük İNKİŞAF modeli”ndə gömrük orqanlarının prioritetləri, fəaliyyət prinsipləri, məqsədləri, strateji hədəfləri ilə yanaşı, gömrük işinin səmərəli təşkili məqsədilə həlli vacib məsələlər, icrasına başlanılan, icrası davam edən və gələcəkdə reallaşdırılması nəzərdə tutlan layihələr də öz əksini tapıb.

Teqlər: