Dövlət Gömrük Komitəsinin həbsdə olan iki vəzifəli şəxsi – general-mayor Məsum Rəsulov və general-mayor Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, məhkəmə M.Rəsulov və E.Xəlilovun müdafiəçilərinin vəsatətlərini təmin edib və onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.
Xatırladaq ki, hər iki şəxs külli miqdarda mənimsəmədə təqsirləndirilərək həbs edilmişdilər.