Gömrük generalı ilə bağlı qərar açıqlandı

Gömrük generalı ilə bağlı qərar açıqlandı

Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat Baş İdarəsinin rəisi Məsum Rəsulovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

Bakupost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Məsum Rəsulov 2022-ci il iyulun 14-də şübhəli şəxs qismində saxlanılaraq Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Teqlər: