Gömrük Akademiyasının rəhbərliyi qadınları təbrik edib (FOTO)

Dövlət Gömrük Komitəsinin Akademiyasında 8 mart – Beynəlxalq
Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Akademiyanın
rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general mayoru Qulu Novruzov
çıxış edərək öz adından və Dövlət Gömrük Komitəsinin rəhbərliyi
adından Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın xanım
əməkdaşlarını təbrik edib, onlara can sağlığı, gələcək həyat və
fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Qulu Novruzov
cəmiyyətimizdə qadınların əvəzsiz rolundan söz açaraq bugün
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın istər ölkəmizdə, istərsə də vətəndən kənarda əvəzsiz
xidmətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil
etdiyini bildirib.

Ölkəmizdə dövlətin qadınlara göstərdiyi diqqət və qayğıdan bəhs
edən Qulu Novruzov Dövlət Gömrük Komitəsinin gender bərabərliyinin
təmin olunması istiqamətindəki fəaliyyətini xüsusi olaraq
vurğulayıb. Akademiya rəisi demokratik cəmiyyətin inkişafının
təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin
mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri
layiqincə yerinə yetirdiklərini qeyd edib.


Çıxışının sonunda Qulu Novruzov Akademiyanın xanım
əməkdaşlarının timsalında Vətən müharibəsi zamanı misli görünməmiş
mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirən şəhid
analarına, onların ömür-gün yoldaşlarına ən xoş arzularını
çatdıraraq, yüksək hörmət və ehtiramını bildirib.

Teqlər: