Gömrük Akademiyasının prorektoru Kerefov intihar etdi

Gömrük Akademiyasının prorektoru Kerefov intihar etdi

Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilən Rusiya Gömrük Akademiyasının prorektoru Zalim Kerefov Moskva yaxınlığındakı istintaq təcridxanasında intihar edib.

AzerTimes xəbər verir ki, məlumatı Rusiya İstintaq Komitəsinin (İK) regional baş idarəsi yayıb.

“Bu faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin Noginsk şəhəri üzrə istintaq şöbəsində cinayət işi başlanıb”, – qurumun nümayəndəsi Olqa Vradiy bildirib.

Teqlər: