GoldenPay ASC-in əməkdaşı Hüseynov Fəxri İslam oğlu “Yüksəliş” müsabiqəsində qalib olub!

GoldenPay şirkətinin əməkdaşı Hüseynov Fəxri İslam oğlu 10-11 İyul tarixlərində “Baku Ekspo Mərkəzi”də keçirilən 11 min 760 nəfərin müraciət etdiyi 5 mərhələli “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer almışdır.

F.Hüseynov 1984-cü il 12 Dekabr tarixində anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini Kompüter Riyaziyyatı ixtisası üzrə bitirib, 2008-ci ildə həmin universitetdə ixtisası üzrə Magistratura pilləsini bitirmişdir. F.Hüseynov 2019-cu il 21 Yanvar tarixindən etibarən GoldenPay ASC-ın İnformasiya Texnologiyaları Layihələrinin idarə edilməsi üzrə menecer vəzifəsində çalışır.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az – Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Teqlər: