Gizli müzakirələr: Qərb Ukraynanı güzəştə məcbur edir

Gizli müzakirələr: Qərb Ukraynanı güzəştə məcbur edir

ABŞ və Avropa rəsmiləri Rusiya ilə sülh danışıqlarının mümkün nəticələri barədə rəsmi Kiyevlə müzakirələrə başlayıb. Əsas müzakirə Ukraynanın nə edə biləcəyi, razılaşmalar üçün hansı qurbanlar verə biləcəyi ətrafında aparılır.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə NBC telenakalı məlumat yayıb.

Məlumata görə, müzakirələrin müəyyən bir qismi ötən ay Ukrayna üzrə təmas qrupunun iclasında aparılıb.

“ABŞ və Avropa rəsmiləri münaqişənin dalana dirənməsindən narahatadır. Onlar həmçinin, Kiyevə əlavə yardım göstərə biləcəklərinə də əmin deyillər. Bayden Administrasiyası həm də Ukrayna ordusunun tükənməsindən narahatdır, bunun fonunda isə Rusiyanın sonsuz təchizatı var”, – kanal bildirir.

Kanal ilin sonuna qədər danışıqların başlanılmasına dair istəklərin olduğunu qeyd edir. NATO Kiyevi stimullaşdırmaq üçün Ukraynaya Alyansa qoşulmadan müəyyən təhlükəsizlik təminatları təklif edə bilər.

Teqlər: