Qəzzada girovların azad edilməsi ilə bağlı yeni razılaşmanı nəzərdən keçirə bilərik.
AzerTimes xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qalant deyib.
“Girovlarla bağlı yeni razılaşmalar barədə təkliflər olacaq”, – deyə nazir bildirib.
Qeyd edək ki, bundan öncə İsrail və HƏMAS arasında humanitar razılaşmaya əsasən qarşılıqlı olaraq girovlar azad edilmişdi.