Fransa Prezidenti Emmanuel Makron 2023-cü ilin oktyabrında fələstinli radikal HƏMAS hərəkatının İsrailə hücumu zamanı tutulan girovların azad edilməsi üçün danışıqların davam etdirilməsinə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə prezident X hesabında videomüraciətində deyib.
“7 oktyabr 2023-cü il terror aktı zamanı saxlanılan girovlar azad edilməlidir. Məhz buna görə də biz onları xilas etmək üçün danışıqları təkrar-təkrar davam etdirməliyik”, – Makron bildirib.