Ginekoloqun ölümü ilə bağlı yeni – Faktlar

Ginekoloqun ölümü ilə bağlı yeni – Faktlar

Yaşadığı binadan yıxılaraq həyatını itirən tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı yeni detallar üzə çıxıb.

AzerTimes Bizim.Media-ya istinadən xəbər verir ki, Xalidə Kəngərlinin ölümündən əvvəl döyülməsi ilə bağlı bədənində müxtəlif işgəncə izləri ilə əlaqədar fotolar olub.

Yaxınları tərəfindən həmin fotolar istintaqa təqdim edilib, araşdırılması istənilib.

Ölüm hadisəsi baş verəndən sonra olayla bağlı mediada və sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda Xalidə Kəngərlinin ölümündən əvvəl əri Rüfət Kəngərli tərəfindən şiddətə məruz qaldığı iddia edilib.

Xalidə Kəngərli əri tərəfindən döyülməsi ilə bağlı bədənində olan şiddət izlərini çəkib və yaxınlarına göndərib.

Mərhum həkimin bu fotoları çəkməsinə səbəb onun ərindən boşanmaq istəməsi olub. O, bu fotoları boşanma iddiası ilə bağlı keçiriləcək məhkəmədə istifadə etmək istəyib.

Qeyd edək ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərli paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından düşərək ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Teqlər: