Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Qrup hərəkətləri üzrə Azərbaycan komandası üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə 38.850 bal toplayaraq Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsinə yüksəldi.

AzerTimes-ın məlumatına görə, bu gün Milli Gimnastika Arenasında üç halqa və iki cüt gürzlərlə qrup hərəkətləri üzrə Dünya Kubokunun finalçıları müəyyənləşdi.

Bolqarıstan (42.600 xal), İtaliya (40.550 xal), Belarusiya (39.150 xal), Azərbaycan (38.850 xal), Ukrayna (36.900 xal), Braziliya (36.550 xal) və Türkiyə (36.450) və İsrail (35.550 xal) komandaları finala çıxıb.

Çoxnövçülük proqramındakı nəticələrinə görə (iki proqram üzrə nəticələrin cəmi: beş qılınc, üç halqa və iki cüt gürzlər), Bolqarıstan yığması qrup komandaları arasında birinci yeri tutdu (88.150 xal), ikinci yer İtaliya komandası (84.250 xal), üçüncü yeri Belarus millisi (81.900 xal) tutub.

Azərbaycan komandası çoxnövçülükdə dördüncü yeri tutdu (81.850 xal).

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

Teqlər: