Gimnastlarımız beynəlxalq turnirdən bir neçə medalla qayıdırlar

Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar,
yeniyetmələr və gənclər arasında start götürən 21-ci “Irina Deleanu
Cup” adlı beynəlxalq turnirə yekun vurulub.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə, yarışda
ölkəmizi təmsil edən gimnastımız Məryəm Əliyeva topla gümüş, lentlə
hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb, Gövhər
İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə
çıxışına görə bürünc medal qazanıblar.

Teqlər: