Gimnastımız Macarıstanda keçirilən Qran Pridə qızıl medal qazanıb

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycanın idman gimnastikası üzrə milli komandasının üzvü Nikita Simonov beynəlxalq yarışda – Macarıstan Qran Prisində birinci yer tutub.

AzerTimes-ın məlumatına görə, idman gimnastikası üzrə yarışı 24-26 sentyabr tarixlərində Sombatxey şəhərində keçirilir. Azərbaycan gimnastı halqa ilə hərəkətlərində qızıl medal qazanıb (14.500 xal).


İkinci yeri Avstriya gimnastı, üçüncü yeri isə İsraili təmsil edən idmançı tutub.

Teqlər: