AzerTimes-ın məlumatına görə,
bunu Gənclər və İdman nazirinin müavini Mariana Vasileva idman
gimnastikası üzrə FIG Dünya Kuboku AGF Trophy yarışlarının açılış
mərasimində deyib.
“Əziz idmançılar, hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizi Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya
kubokunda görməyə çox şadam!
Gimnastikanın ən maraqlı növlərindən biri olan idman
gimnastikası ölkəmizdə çox sevilir və bu növ Olimpiya Oyunlarında
da böyük maraqla qarşılanır.
Dünya Kubokuna 34 (otuz dörd) ölkədən 145 (yüz qırx beş) gimnast
toplaşıb. Gənclər və İdman Nazirliyi adından hər kəsə uğurlar,
möhkəm sağlamlıq, yeni qələbələr arzu edirəm.
İdman gimnastikası üzrə Dünya kubokunu açıq elan edirəm!”, –
deyə M.Vasileva çıxışını yekunlaşdırıb.