Azərbaycanın gimnastika ailəsi 44 günlük Vətən müharibəsi zamanı Vətən uğrunda həyatlarını qurban etmiş şəhidlərin, əsgər və zabitlərin, eləcə də müharibənin günahsız qurbanlarının xatirəsini dərin hörmətlə anıb.
Trend-in məlumatına görə, gimnastika ailəsi həlak olan qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Qeyd edək ki, bu gün Azərbaycanda Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsinə anım günü qeyd edilir.