Getdikcə daha çox ölkə bərpa olunan enerjiyə keçid mövqeyini tutmağa başlayır – AİB QHT Forumunun rəhbəri (Müsahibə)(VİDEO)

Xəbər - Nərgiz Sadıxova – Trend:

2021-ci il atmosferə zərərli tullantıların azaldılması
baxımından ən uğurlu illərdən biri olub.

Bunu AzerTimes-a Asiya İnkişaf Bankının (AİB) QHT forumunun icraçı
direktoru Rayan Hassan deyib.

2021-ci ildə bu sahədə əsas nailiyyətləri şərh edərkən o,
BMT-nin iqlim dəyişikliyi ilə bağlı Çərçivə konvensiyasının icraçı
katibinin sözlərini sitat gətirib.

“Fikrimcə, Çərçivə konvensiyasının icraçı katibi tərəfindən
qlobal iqlim baxımından 2021-ci ildə dörd əsas nailiyyət
formalaşdılırıb. Birincisi odur ki, bu cür vacib mövzuya diqqət
artıb, hökumətlər və maliyyəçilər zərərli tullantıların azaldılması
üçün vəsaitlər ayırmağa başlayıb. Bu, Asiyada bizim üçün çox
vacibdir, çünki iqlim dəyişikliyinə daha həssas olan insanlar,
sahilyanı zonalarda yaşayanlardır. Əgər zəruri büdcə və ya
maliyyələşmə olmazsa, ən yoxsul təbəqələrin qayğısına qalan qalan
olmayacaq. Və bu məqsədlər üçün maliyyələşmənin artması çox yaxşı
haldır”, – deyə o bildirib.

Onun sözlərinə görə, AİB-in iqlim dəyişiklikləri ilə mübarizəyə
xidmət edən layihələri maliyyələşdirməsi həcmi 2014-cü ildə 30
milyard dollardan, 2020-ci ildə 80 milyar dollaradək artıb, 2030-cu
ilədək isə bu vəsaitin 100 milyard dollara çatacağı
planlaşdırılır.

QHT forumunun icraçı direktoru bildirib ki, bununla belə həmin
vəsaitlərin məqsədyönlü sərf olunmasına nəzarət etmək lazımdır.

R.Hassan qeyd edib ki, 2021-vi ildə bərpa olunan enerjinin
qlobal inkişafı baxımından ən böyük nailiyyət bütün dünyada əlavə
290 giqavatt həcmində bərpa olunan enerji yaradılması olub. Onun
sözlərinə görə, bu çox mühüm rəqəmdir.

“Beynəlxalq Enerji Agentliyinin (BEA) bərpa olunan enerji bazarı
haqqında illik hesabatında deyilir ki, 2026-cı ilədək bərpa olunan
enerjinin qlobal gücü 2020-ci illə müqayisədə 60 faiz artacaq.
Həmin il qlobal bərpa olunan enerji həcmi 480 giqavatt təşkil
edirdi. Beləliklə, bərpa olunan enerji hesabına elektrik enerjisi
isehsalına yönəlmək tendensiyası mövcuddur”, – R.Hassan deyib.


O bildirib ki, 2021-ci ildə bu sahədə ən Hindistan və Çin
irəliləyiş nümayiş etdirib, bu ölkələrdə bərpa olunan enerji
mənbələri sahəsi fəal şəkildə inkişaf etdirilir.

2022-ci ildə iqlim dəyişikliyi ilə mübarizə templərini artırmaq
üçün atılmalı olan addımlardan danışan R.Hassan vurğulayıb ki,
yerli hakimiyyət orqanları artıq kömürdən imtina yönündə
irəliləyir, amma bu sahəyə milyardlarla dollar vəsait qoymuş iri
enerji şirkətləri ondan imtina etmək niyyətində deyil.

O əlavə edib ki, bərpa olunan enerji sahəsində işləri istənilən
səviyyədə geniş müzakirə olunmur və bir çox hökumətlər bu məsələdə
dəqiq mövqeyə malik deyil. O hesab edir ki, hələ də həll olunmamış
bir sıra texniki maneələ qalmaqdadır.

“Bu istiqamətdə siyasət, tədqiqatlar və texnologiyalar
baxımından görülçəli işlər var. Aydındır ki, maliyyələşmənin
artması 5-10 il ərzində bu problemlərin qlobal həllini tapacağımıza
ümidləri çoxaldır”, – deyə R.Hassan bildirib.

Twitter: @nargiz_sadikh

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: