Programı telefona yüklədikdən sonra “Mobil nömrə” və Facebook
hesabınızla proqramdan qeydiyyatdan keçmək mümkündür.
Qeydiyatdan keçdiyiniz təqdirdə nömrəvizin telefon kitabçasında
olan insanlar tərəfindən necə qeyd edildiyinizi görə
bilərsiniz.
Qeydiyyatdan sonra “GetContact” istifadəçinin telefon
kitabçasına və mesajlarına daxil olmaq üçün icazə istəyir.
İcazəsinin verilməsi istifadəçinin telefon kitabçasında olan
nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə
ötürülməsi deməkdir.
İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, onu
telefonuna yükləyən şəxslərin telefon kitabçasında olan bütün
nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də
hüquqlarının pozulması deməkdir.
“GetContact” hesabını necə dondurmaq olar?
Proqramın parametrlər bölməsinə daxil olursunuz – Hesab
tənzimləmələri – daha sonra hesabı idarə et bölməsinə daxil
olursunuz. Bu zaman telefonunuzun ekranında hesabın dondurulması
ilə bağlı bildiriş gəlir. “Ok” düyməsini sıxdıqdan sonra proqram
bağlanacaq, hesabınızı dondurmuş olacaqsınız və bütün “tag”lər
(yəni adlarınız) silinəcək, lakin növbəti dəfə proqrama giriş
etsəniz, proqram yenidən aktiv ediləcək.
Hesabı necə silmək olar?
Hesabınızı silmək istəsəniz, bunun üçün telefonunuza hər hansısa
təhlükəsiz vpn proqramı yükləyirsiniz. Sizə burada qeyd etdiyim
sayta (https://www.getcontact.com/unlist)
daxil olursunuz. Aşağıda fotolarda göstərilən əmrləri ardıcıl icra
etdikdən sonra, hesabınızı silmiş olacaqsınız.