12:27
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tiflis reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, buna səbəb Tiflis hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.
Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tiflisə yola düşəcəklər.
***
Tbilisi hava limanında hava şəraiti yaxşılaşdığı üçün Azərbaycan Hava Yolları (AZAL) QSC-nin J2 8223 nömrəli Bakı-Tiflis reysinin sərnişinləri yerli vaxtla 12:39-da təyinat məntəqəsinə yola düşüblər.
Bu barədə AZAL məlumat yayıb.