Çin ordusu Tayvan adasından cəmi 160 km uzaqlıqda yerləşən Fujian əyalətinə “PHL-16” reaktiv yaylım atəş sistemlərini göndərməyə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı “Ataraksia” Teleqram kanalı yayıb.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin təyyarəsinin Endryus aviabazasından Tayvana doğru hərəkət etdiyi barədə xəbər yayılıb. Eyni zamanda, Pelosinin təhlükəsizliyini təmin etmək üçün ABŞ “Ronald Reyqan” aviadaşıycı gəmisini Cənubi Çin dənizinə göndərib.
Çin isə Pelosinin səfərinə cavab olaraq Tayvan yaxınlığında hərbi təlimlərə başlayıb.