ABŞ-ın Kiyevdəki səfirliyi noyabrın 20-də potensial ciddi hava hücumu ilə bağlı konkret məlumat alıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Kiyevdəki səfirliyi məlumat yayıb.
“Ehtiyat tədbiri olaraq, səfirlik bağlanacaq və əməkdaşlara yerində sığınacaq tapşırılacaq. Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınmağa hazır olmağı tövsiyə edir”, – səfirlik qeyd edib.
Qeyd edək ki, Kiyevə Rusiyanın dərinliklərinə ATACMS-la zərbə endirilməsinə icazə verildikdən sonra ABŞ-ın Ukraynadakı səfirliyinə hücum təhlükəsi ilə bağlı bu açıqlama diqqət çəkib.