Gerasimovla bağlı hansı qərar veriləcək? – Açıqlama

Gerasimovla bağlı hansı qərar veriləcək? – Açıqlama

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu vəzifədə xidmətini davam etdirəcək.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Hərbi komponentə gəldikdə (Rusiya Müdafiə Nazirliyinin fəaliyyəti – red), bu təyinat (Andrey Belousovun müdafiə naziri təyinat edilməsi – red.) heç bir şəkildə ordunun mövcud koordinat sistemini dəyişməyəcək. Hərbi komponent həmişə Baş Qərargah rəisinin səlahiyyətində olub. O fəaliyyətini davam etdirəcək, hazırda bununla bağlı heç bir dəyişiklik nəzərdə tutulmur”, – Kreml nümayəndəsi bildirib.

Teqlər: