Rusiya Prezidenti Vladimir Putin Rostov-na-Donuda hərbçilərlə iclas keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun, bölgə komandirlərinin və qrupun digər yüksək rütbəli zabitlərinin məruzələrini dinləyib.
Qeyd edək ki, V.Putin dəfələrlə ordunun Rostov-na-Donudakı qərargahına baş çəkib.