Gürcüstanın “Georgian Eyrveys” aviaşirkəti Tiflis-Sankt-Peterburq-Tiflis üzrə ilk reysini icra edib.
AzerTimes xəbər verir ki, bu barədə Pulkovo hava limanının idarəetmə şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ilk uçuş dekabrın 10-da həyata keçirilib.
“Hələlik uçuşların həftədə iki dəfə yerinə yetirilməsi planlaşdırılır: çərşənbə və bazar günləri…”, – deyə şirkətdən bildirilib.
Uçuşlar “Boinq 737” təyyarəsi ilə həyata keçiriləcək.