Geniş marağa səbəb olmuş İnformasiya Təhlükəsizliyi seminarı keçirilib (FOTO)

Defscope MMC ölkəmizdə kiber təhlükəsizlik sahəsinin inkişafına töhfə verməkdə davam edir. Günümüzdə gənclərin əsas ehtiyacı olan mövzulardan biri də karyeranın düzgün qurulması ilə bağlıdır. Bunu nəzərə alaraq DefscopeTRD mərkəzi “İnformasiya təhlükəsizliyi üzrə karyera istiqamətləri və düzgün “roadmap” qurulması” mövzusunda geniş seminar keçirmişdir.

Seminarın açılışında ilkin olaraq Defscope şirkətinin və yeni yaradılmış Defscope TRD mərkəzinin fəaliyətləri haqqında iştirakçılara məlumat verilmişdir. Daha sonra seminarın spikeri, Defscope şirkətinin təsisçi və direktoru Vüsal Salmanlı gənclərə həm xarici, həm də yerli təcrübələrindən bəhs edərək onlara öz tövsiyələrini vermişdir. Həmçinin mövzu içərisində düzgün istiqamət seçimlərindən, Beynəlxalq “NICE” çərçivəsindən (framework), əmək bazarının tələb etdiyi yumşaq (soft) bacarıqlardan və sertifikatlardan, “roadmap” qurulması yollarından danışılmış, iştirakçıların sualları cavablandırılmışdır.

TRD mərkəzinin təlimlərindən yararlanmaq və digər yarana biləcək suallar üçün [email protected] saytını ziyarət edə, və ya (012) 409 25 65 / 055 204 19 12 nömrəsi ilə əlaqə qura bilərsiniz.


Bundan əlavə olaraq kiber təhlükəsizlik sahəsində peşəkar xidmətlərdən yararlanmaq üçün [email protected] maili və ya (012) 409 25 65 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Teqlər: