Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova jest edib.
AzerTimes xəbər verir ki, məşqçiyə bağışlanan 77-QQ-777 seriyalı dövlət nömrə nişanının qiymətini Yenisabah.az araşdırıb.
Bildirilib ki, sözügedən nömrənin dövlət rüsumu 4-5 min manatdır. Amma dövlət nömrə nişanının “qara bazar”dakı qiyməti isə 100 min manata yaxındır.
Ekspert Elməddin Muradlı qeyd edib ki, bəzən insanlar “qara bazar”dan dövlət nömrə nişanı almaq istəyir. Bu zaman onlar daha çox internetdən tapdıqları şəxslərə müraciət edirlər:
“Şəxs nömrəni satan adama nə qədər istəsə, pul verə bilər. Bu məsələyə yol polisi qarışmır”.