Delta Qrup C.O. MMC-nin rəhbəri İlkin İmran oğlu Şabanov Məhəmməd Niyaz oğlu Canahgirzadəni və onun rəhbəri olduğu Pacific Bread MMC–ni (№1 Çörək Zavodu) əmək münasibətləri ilə bağlı məhkəməyə verib.
AzerTimes Unikal-a istinadla xəbər verir ki, məhkəmə prosesinə Yasamal Rayon Məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədova sədrlik edir.
Xatırladaq ki, Cahangir Məhəmmədzadə 2001-2011-ci illərdə “Beynəlxalq Bank”ın Nərimanov, 2011-2014-cü illərdə isə Sənaye filialının müdiri olub. Sonralar isə “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri və “Gilan Holding”də prezidentin müşaviri olub.
Qeyd edək ki, Məhəmməd Cahangirzadə hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Niyaz oğlu Cahangirovun qardaşıdır.