General və Polkovnik şəhidlər 2-ci fəxri xiyabanda dəfn edildilər

General və Polkovnik şəhidlər 2-ci fəxri xiyabanda dəfn edildilər

Dünən (14 iyul) səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub.

Dəfn mərasimində Prezident Administrasiyasının nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edib.

Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı övladına təhvil verilib.