Xəbər - Ceyhun Ələkbərov – Trend:
Ötən ilin sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq və işğal altında olan əraziləri azad etmək məqsədilə Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu genişmiqyaslı əks hücum əməliyyatına başladı. Döyüşə girən artilleriya bölmələrimizin düşmən üzərinə endirdiyi kütləvi atəş zərbəsi ilə onun dərinlikdə yerləşən bölmələrini canlı qüvvə və texnika baxımından böyük itkilərə uğradaraq şok təsiri yaratmışdı. Hava hücumundan müdafiə və redioelektron mübarizə vasitələrini sıradan çıxararaq, havada üstünlüyümüzü təmin etmişdi.
Trend TV-nin məlumatına görə, bunu bu gün Raket və Artilleriya Qoşunlarının N sayılı hərbi hissədə jurnalistləri qəbul edən zaman Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov deyib.
O bildirib ki, döyüşün ilk günü artilleriya bölməri tərəfindən düşmənin 500-qədər hədəfləri məhv edilib:
“Müasir, universal radiolokasiya komplekslərin tətbiqi ilə düşmənin atəş açan raket və artilleriya vasitələri aşkar olunaraq dərhal cavab atəşi ilə susudurlub, məhv edilib və yerdəyişməyə məcbur edilib. Yerdəyişməyə məcbur edilən düşmnin artilleriya vasitələri, PUA-lar tərəfindən asanlıqla aşkar olunaraq məhv edibilir.
General-mayor qeyd edib ki, Vətən müharibəsində təkcə artilleriya qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya vasitəsi məhv edilib:
“Şuşa şəhərinin işğaldan azad olunmasına və qələbəyə aparan çətin ərazidən və düşmənin gözləmədiyi istiqamətdən, mühəndis qoşunları tərəfindən çəkilən dar, təhlükəli və keçilməsinə böyük peşəkarlıq tələb edən dağ-meşə yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular, yerinə yetirdiyi fasiləsiz, dəqiq və sərrast atəş tapşırıqları ilə hücum edən bölmələrimizin atəş dəstəyini təmin etmişdi”.