Rusiya Aerokosmik Qüvvələrinin keçmiş komandanı Sergey Surovikinin yeni görüntüləri yayılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“General Surovikin həbsdən çıxıb. Moskvadakı evində, ailəsi ilə birlikdə sağ-salamatdır. Foto bugünküdür”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, general Sergey Surovikinin Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırıldığı, hətta həbs olunduğu barədə məlumat yayılmışdı.
İddia edilirdi ki, general “Vaqner” üsyanından (24 iyun) öncədən xəbərdar olub.