Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinə yeni rəis təyin edilib.
AzerTimes Qaynarinfo-ya istinadən bildirir ki, komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə İlyas İsa oğlu İsmayılov Mərkəzin rəisi təyin olunub.
Qeyd edək ki, bundan əvvəl Kinoloji Mərkəzin rəisi polkovnik İlkin Osmanov vəzifəsindən azad edilib.
İlyas İsmayılov uzun illərdir Kinoloji Mərkəzdə instruktor-kinoloq kimi fəaliyyət göstərib.