Xəbər verdiyimiz kimi, müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.
AzerTimes TNS-ə istinadla xəbər verir ki, Kərəm Mustafayevin adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb.
Hazırda nazirliyin saytında Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı bölməsində heç bir məlumat yoxdur.
Qeyd edək ki, Kərəm Mustafayev 1983-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib.1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə gücləndirilmiş motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə gücləndirilmiş motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib.14 may 2014-cü il ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.