Xəbər verdiyimiz kimi, bu gün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov vəzifədən azad edilib və onun yerinə Mürsəl İbrahimov təyin edilib.
AzerTimes xəbər verir ki, Arzu Yusif oğlu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olub. 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib.
1986-1989-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət edib.
1992-2004-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksəlib.
2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışıb.
2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini – Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilib. 2004-cü ildə “general-mayor” ali hərbi rütbəsi alıb.
2007-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi olub.
2010-cu ilin 17 mart tarixində “II dərəcəli dövlət miqrasiya xidməti müşaviri” ali xüsusi rütbəsi verilib.
13 fevral 2012-ci il tarixdən bugünə qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi uişləyib.
2012-ci ildə “general-leytenant”, 2021-ci ildə “general-polkovnik” hərbi rütbəsi alıb.
Hazırda 58 yaşı olan general-polkovnik Arzu Rəhimov vəzifədən azad edildikdən sonra yeni təyinat almayıb. Onun vaxtından əvvəl ehtiyata buraxılıb-buraxılmayacağı bəlli deyil.