Amerikanın avtomobil istehsalçısı “General Motors” Rusiyaya
avtomobil ixracını dayandırır.
AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin bəyanatına
istinadən “Fox Business” telekanalı xəbər yayıb.
Məlumata əsasən, avtomobillərin tədarükü qeyri-müəyyən vaxta
qədər dayandırılır. Şirkətdən bildirilib ki, Ukrayna ətrafındakı
vəziyyətin inkişafının izlənməsi davam etdirilir və sanksiyaların “mənfi təsirini azaltmaq” üçün tədbirlər görülür.