Avtomobil istehsalçısı “General Motors” Rusiya Federasiyasında
fəaliyyətinin dayandırılmasını uzatmaq qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən
açıqlamada deyilir.
“GM fevralın 28-də Rusiyaya avtomobil idxalını və kommersiya
fəaliyyətini dayandırıb. Vəziyyətin pisləşməsinin davam etməsini
nəzərə alaraq, şirkət Rusiyada fəaliyyətini dayandırmağın müddətini
uzatmaq qərarına gəlib”, – deyə açıqlamada bildirilir.