Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbs edilməsi bağlı xəbərə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərovun həbs edilməsi ilə yayılan xəbərlər doğrudur.
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcəkdir.
Xatırladaq ki, daha əvvəl mətbuatda R. Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.