General-mayor Hikmət Həsənova yeni vəzifə verilib.
AzerTimes Unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəis müavini, general-mayor Hikmət Həsənov tutduğu vəzifədən azad edilib.
Digər əmrlə isə H.Həsənov Hərbi Akademiya rəisinin birinci müavini təyin edilib.
Qeyd edək ki, H.Həsənov 2014-2021-ci illərdə Birinci Ordu Korpusunun komandiri olub.