Gənclərin intellektual mübarizəsi başlayır (FOTO)

Respublikanın 57 şəhər və rayonunu əhatə edən ölkənin ən böyük
intellektual turnirinin regionlar üzrə seçim turu başlayıb. Mayın
9-dan start götürən və 4 mərhələdən ibarət olması nəzərdə tutulan
seçimdə ümumilikdə 700-dən artıq komanda öz intellektual gücünü
sınayacaq. Rayonlar və şəhərlər üzrə ilkin mərhələnin qalib
komandaları növbəti mərhələdə zonalar üzrə yarışacaqlar. Gərgin
bilik mübarizəsinin sonunda isə gənclər Bakıda 2 gün ərzində
keçiriləcək möhtəşəm final mərhələsində iştirak edəcəklər. Turnir
çərçivəsində “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və
“Erudit Kvartet” oyunları keçiriləcək.

Turnirin məqsədi Azərbaycan gənclər siyasətinin prioritet
istiqamətlərindən biri olan gənclərin intellektual potensialının
inkişafı, onların asudə vaxtlarının faydalı təşkili, eyni zamanda
2022-ci ilin Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan
edilməsi çərçivəsində Qarabağımızın, xüsusilə də mədəniyyət
beşiyimizin zəngin irsi haqqında gənclərin
maarifləndirilməsidir.

“İntellektual Klubların Gənclər Liqası” Azərbaycan
Respublikasının Gənclər Fondunun dəstəyi, Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Gənclərin
Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və
Karyera Mərkəzi və “Badamlı” şirkətinin tərəfdaşlığı ilə həyata
keçirilir. Turnirin media dəstəyi ARB Media Qrupu tərəfindən təmin
edilir.

“Facebook” sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirə
dair ən son yeniliklər haqqında məlumat əldə edə bilərsiniz:

https://www.facebook.com/groups/801588220281994

Teqlər: