Gənclər təşkilatı regionlarda qanvermə aksiyalarına start verdi (FOTO)

Gənclər üçün Təhsil Mərkəzi Şirvan şəhərində irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqları qanla təmin etmək üçün könüllü qanvermə aksiyasına başlayıb.

Mərkəzdən AzerTimes-a bildirilib ki, qanvermə aksiyasından yığılan qan tədarükünün hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasına yönəldilməsi nəzərdə tutulub.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, koronavirus pandemiyası zamanı qan xəstəliyindən əziyyət çəkən xəstələr üçün qanvermə aksiyaları əsasən Bakı şəhərində həyata keçirilmiş, regionlarda o qədər də ürəkaçan səviyyədə olmamışdır. Bu da regionlarda qana ehtiyacı xəsətələrimizin tələbatının ödənilməsində müəyyən çətinliklər yaratmışdır. Bu baxımdan hazırda regionlarda bu aksiyaya start vermişik. Düşünürük ki, bu aksiyanı təşviq etmək zəruridir.


Qeyd edək ki, bu gün Şirvan şəhərində təşkil olunan qanvermə aksiyasında müxtəlif yaş kateqoriyasından olan 80 nəfərdən çox donor iştirak edib.

Teqlər: