Ümummlilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qaydışından sonra ən çox diqqət verilən sahələrdən biri Azərbaycan gəncliyi və onun qarşılaşdığı problemlər idi. Milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan azərbaycan dövlətinin gənclər və idman siyasətinin müəyyən edilməsi, həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-ci ildən başlayaraq Prezident Heydər Əliyevin müvafiq sərəncamına əsasən hər il fevralın 2-də Azərbaycanda Gənclər günü qeyd olunur. Bu, Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Qeyd etmək lazımdır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunur.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda bütün sahələrdə olduğu kimi, gənclər siyasəti, gənclərlə iş sahəsində də böyük uğurlar qazanılmışdır. Həyatımızın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi məhkəmlənmişdir. 2005-2009, 2011-2015 və 2017-2021-ci illəri əhatə edən “Azərbaycan Gəncliyi” Dövlət Proqramları müvəffəqiyyətlə həyata keçirilmişdir. Hazırda “2015-2025-ci illərdə Azərbaycan gəncliyinin İnkişaf Strategiyası” uğurla həyata keçirilir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak edirlər. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, hümanitar sahələr üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəsdək verir, cəmiyyətdə sabitliyin və inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Cənab Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Dövlət tərəfindən gənclər üçün geniş imkanlar yaratmış, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində müstəqillik illərində əldə olunan ən böyük uğrlardan biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşması olmuşdur. Cənab Prezident İlham Əliyevin bütün çağrışlarına cavab verən Azərbaycan gəncliyi bunu 2-ci Qarabağ müharibəsi zamanı sübut etdi. 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri bütünlüklə səfərbər oldu. Ermənistan ordusunun təxminən 10 min əsgəri fərarilik edərək döyüş müydanından qaçdığı halda , Azərbaycan gəncləri könüllü şəkildə orduya yazılmaq üçün növbələr gözlədi, döyüş meydanında qəhrəmanlıq nümayiş etdirdi. Bu müharibə əsil vətənpərvərlik meydanına çevrildi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri bir daha sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bundan sonra da bu siyasət davam etdiriləcək.
Milli Məclisin deputatı
Rauf Əliyev