Gəncəyə dolu yağıb.
AzerTimes xəbər verir ki, bu gün saat 18:00 radələrində yağan güclü yağışdan sonra şəhərə dolu düşüb. Təxminən 5 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib.
Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.