Gəncənin bəzi əraziləri subasmaya məruz qaldı – Video

Gəncənin bəzi əraziləri subasmaya məruz qaldı – Video

Məlumat verildiyi kimi, intensiv yağışlarla əlaqədar Gəncə şəhərinin bəzi əraziləri subasmaya məruz qalıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Hazırda Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir”, – məlumatda qeyd olunub.

Teqlər: