Gəncədə yeniyetmə qızın bətnindəki dölün atası məlum olub – Prokurorluq

Baş Prokurorluq Gəncədə 62 yaşlı Rəşid Gözəlovun17 yaşlı
yeniyetməyə təcavüz etməsi ilə bağlı hadisəyə münasibət
bildirib.

AzerTimes-ın məlumatına görə, Baş Prokurorluğun Prokurorluqda
İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib ki,
faktla bağlı istintaq araşdırmaları davam edir.

“Gəncə şəhər Xəstəxanasından daxil olmuş müraciət əsasında
yetkinlik yaşına çatmayan qadının hamiləliyi ilə bağlı Gəncə şəhər
Prokurorluğunda araşdırmalar başlanılıb.

“Faktla bağlı araşdırmalardan sonra Cinayət Məcəlləsinin 152-ci
maddəsilə cinayət işi başlanıb. Daha sonra bu maddə 149-cu maddəyə
tövsif edilib.

Ekspertizadan sonra hamilə qadının bətnindəki dölün bioloji
atalığı Rəşid Gözəlova məxsus olduğu müəyyən edilib. R.Gözəlov
istintaqa cəlb edilib və onun barəsində məhkəmə qərarı ilə həbs
qətimkan tədbiri seçilib”,- deyə idarə rəisi bildirib.

Teqlər: