Gəncədə yarış: Almaniyanı nə qədər yaxşı tanıyırsınız?

Gəncədə yarış: Almaniyanı nə qədər yaxşı tanıyırsınız?

Noyabrın 27-də Gəncə şəhərində yerləşən “Art Garden Ganja” məkanında Almaniyanın Azərbaycandakı Səfirliyi, Avropa İttifaqı və Gənc Avropa Səfirlərinin birgə təşkilatçılığı ilə “Almaniyanı nə qədər yaxşı tanıyırsınız?” mövzulu intellektual yarış təşkil ediləcək.

AzerTimes xəbər verir ki, iştirakçılar Almaniyanın tarixi, dəyərləri və digər əyləncəli faktları haqqında sualları cavablandıracaq. Yarışın keçirilməsində məqsəd Almaniya, onun tarixi, mədəniyyəti və Azərbaycanla əlaqələri haqqında məlumat vermək və iştirakçıların biliklərini sınamaqdır.

Qeyd edək ki, qalib komandalar Almaniya səfirliyinin nümayəndələri tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

Qeydiyyatdan keçmiş komandaların müraciəti dəyərləndiriləcək və ilk mərhələdən uğurla keçən komandalar üçün müsahibə mərhələsi baş tutacaq. Müsahibə əsasında hər komandada 4 nəfər olmaqla 13 komandanın yarışda iştirakı təsdiqlənəcək.

Nəzərinizə çatdırmaq istərdik ki, Gənc Avropa Səfirləri son 2 il ərzində Bakı şəhərində bir neçə dəfə intellektual yarış həyata keçirib. Onlar növbəti yarışı Bakı şəhərindən kənarda həyata keçirərək bu fürsəti regionlarımızdan olan gənclərə vermək istəyirlər. Bu səbəbdən, sadəcə regionlarımızdan olan gənclərimizin müraciətləri qeydə alınacaqdır.

Son qeydiyyat tarixi: 17.11.2022, 23:59

Ətraflı məlumat və qeydiyyat linki: https://forms.gle/HBNoxeUkbduT4k5cA

Teqlər: