Gəncədə Türkiyə vətəndaşı öldü

Gəncədə Türkiyə vətəndaşı öldü

Noyabrın 12-də Türkiyə Respublikası vətəndaşı, 1947-ci il təvəllüdlü Anil İbrahim Mustafa Kamal oğlu yüksək qan təzyiqi xəstəliyi ilə Gəncə şəhər Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxsinin 3 nömrəli şəhər xəstəxanasına müraciət edib.

AzerTimes xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Teqlər: