Gəncədə tullantılardan elektrik enerjisi istehsal olunacaq

Azərbaycan İnvestisiya Şirkəti ilə BƏƏ-nin “Masdar” şirkəti
arasında imzalanmış memorandum çərçivəsində Gəncədə bərk məişət
tullantılarından elektrik enerjisi istehsalı üzrə layihənin
reallaşdırılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Energetika
Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin
direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu layihə ilə bağlı texniki
sənədləşmənin hazırlanması üzrə işlər aparılır.

“Azərbaycanda bu cür layihələrin reallaşdırılması ölkəmizin
dayanıqlı iqtisadiyyatı və stabil makroiqtisadiyyatı olan vacib
oyunçu kimi rolunu artırır. Biz görürük ki, iri enerji şirkətləri
Azərbaycan ərazisində layihələrin reallaşdırılmasına və
investisiyalara maraq göstərir və onlardan təklif və tövsiyələr
almağa davam edirik”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: