Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, şəhər ərazisində xəstəxanaların birində tibb bacısı işləyən 1969-cu il təvəllüdlü R.Quluyevanı avtomobil vurub.
O, aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.